Stortinq (Norveçin birpalatalı parlamenti) Ukraynaya 75 milyard kron (73,7 milyard dollar) dəyərində olan beşillik dəstək proqramını səs çoxluğu ilə qəbul edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında məlumat verilib.Ölkənin baş naziri Yonas Qar Störe Ukraynaya dəstək proqramı ilə bağlı belə geniş paketdən çox məmnun olduğunu bildirib. Hökumət başçısı qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski proqramın rəqəmsal formatda təqdimatında iştirak edib.Norveç tərəfindən verilən dəstək Ukraynanın ehtiyaclarına uyğun olaraq bölüşdürüləcək. Proqram çərçivəsində hər il Kiyevə 15 milyard kron ayrılması planlaşdırılır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...