Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 36 nəfər ölüb, onlarla insan itkin düşüb. SİA xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.Məlumata əsasən, son sutka ərzində bölgəyə bir aylıq yağıntı düşüb. Təbii fəlakət çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlarla insan dağıntılar altında qalmaqda davam edir.Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisinin verilişi dayandırılıb, mobil rabitə işləmir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...