ABŞ-ın START ilə fırıldaqçılığı nəyə gətirib çıxaracaq?
Xarici analitiklər ABŞ-ın yaxın gələcəkdə bir neçə vəziyyətin birləşməsi səbəbindən nüvə silahlarının böyük hissəsini itirəcəyini proqnozlaşdırırlar. Birincisi, ABŞ-da müəyyən növ sursatların döyüş istifadəsi üçün etibarlılıq müddətləri başa çatır. İkincisi, Rusiya ABŞ-ın reaksiya verə biləcəyi Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dondurdu.SİA-nın əldə etdiyi məlumata görə, hərbi ekspert Viktor Litovkin Rusiyanın qərarının ABŞ üçün nə demək olduğunu, Amerikanın hegemonluq iddiasının bütün dünyaya necə təsir edə biləcəyini açıqlayıb.Mütəxəssisin sözlərinə görə, START müqaviləsi yalnız ABŞ və Rusiya Federasiyasına aiddir, Vaşinqton isə artıq 2027-ci il üçün strateji raket sistemlərinin yenilənməsini planlaşdırıb.Deməli rus mütəxəssisə görə, əslində onlar bu sazişdən çıxmayıblar, sadəcə müqavilədəki iştiraklarını dayandırıblar. Səbəb? Sən demə, bu sazişdə amerikalılar rusları aldadırmışlar. Yəni müqavilə üzrə öhdəliklərini yerinə yetirmirmişlər.Hərbi ekspert Qərbin qanun pozuntularını, o cümlədən Rusiya Aeroflotuna qarşı sanksiyaları sadalayıb, buna görə müfəttişlər Amerika strateji komplekslərinin mövqelərinə baş çəkə bilmirlər. ABŞ raket sistemlərini və döyüş başlıqlarını sayarkən də aldadılırlar.“Problem ondadır ki, amerikalılar hətta hər iki tərəf üçün bərabər təhlükəsizlik şərtlərini nəzərdə tutan bu müqavilə çərçivəsində bizə qarşı müəyyən üstünlük əldə etmək istəyirlər”. Bunu da Litovkin əlavə edib.Bundan əlavə, rusiyalının sözlərinə görə, İsrail və Şimali Koreya istisna olmaqla, bütün “nüvə klubu” ölkələri tərəfindən imzalanmış nüvə sınaqlarını qadağan edən müqavilə olsa da, lakin hamı onu ratifikasiya etməyib.Təbii ki, bunu ABŞ da ratifikasiya etmədi deyə, ona görə də Çin, Hindistan və Pakistan onu ratifikasiya etmədilər. Hazırda amerikalıların nüvə sınaqları keçirməyə hazırlaşdığı barədə söhbətlər gəzir.Belə olan halda Putin də “...əgər amerikalılar nüvə sınağı keçirsələr, o zaman biz də nüvə sınağı keçirəcəyik”-deyib. Deməli amerikalılardan sonra Şimali Koreya başlayacaq, İran nüvə bombası istehsalına başlayacaq, Braziliya, Cənubi Afrika, Cənubi Koreya və s. Əgər bu silahlar terrorçuların əlinə keçərsə, bu, artıq bütün bəşəriyyət üçün fəlakətdir”.Bunu da Litovkin bəyan edib.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...