Almaniya Ukraynaya kömək etmək üçün sursat istehsalını artırmaq qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.O qeyd edib ki, Almaniya Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın təcavüzünə qarşı mübarizədə kömək etmək üçün mərmi istehsalı və avadanlıqların təmiri üçün yeni istehsal müəssisələrini işə salacaq.“Ukraynadan kənarda müharibədə istifadə olunan silahlar üçün təmir obyekti yaratdıq", - kansler bildirib."Biz həm təmin etdiyimiz silahlar üçün, həm də Şərqi Avropada mövcud olan klassik silah ehtiyatı üçün döyüş sursatı verəcəyik", - deyə Şolts əlavə edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...