PDF Oxu

Dünya

  • 6 490

Putin Bryansk vilayətində baş verənləri terror aktı adlandırıb

Putin Bryansk vilayətində baş verənləri terror aktı adlandırıb

Rusiya prezidenti Vladimir Putin Bryansk vilayətində baş verən hadisəni terror aktı adlandırıb. “Daha bir terror aktı, daha bir cinayət törədildi. Onlar sərhəd bölgəsinə daxil olaraq dinc sakinlərə atəş açıblar”.

Martın 2-də səhər saatlarında Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, bir qrup ukraynalı diversant Bryansk vilayətinin Klimovski rayonu ərazisinə daxil olub. Təxribat qrupunun hərəkətləri nəticəsində avtomobilin sürücüsü həlak olub.

Bryansk vilayətində diversantlar tərəfindən yaralanan uşaq Bryanskdakı xəstəxanaya çatdırılıb, onun həyatına heç bir təhlükə yoxdur.

FSB xəbər verib ki, təhlükəsizlik qüvvələri Bryansk vilayəti ərazisinə daxil olan silahlı ukraynalı millətçilərin məhv edilməsi üzrə tədbirlər həyata keçirir.

Digər xəbərlər