PDF Oxu

Dünya

  • 7 533

Daha bir Avropa ölkəsindən Gürcüstana etiraz olub

Daha bir Avropa ölkəsindən Gürcüstana etiraz olub

Gürcüstandakı proseslər xatırladır ki, demokratiya seçilmiş liderlərin əli ilə tədricən məhv edilə bilər. Bunu Estoniyanın Baş naziri Kaya Kalas "Twitter" səhifəsində yazıb.“Gürcüstanda dinc nümayişçilərə qarşı zorakılığın görüntülərindən narahatam”, - deyə Kalas bildirib.Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Digər xəbərlər