Dünya

  • 3 318

Kiyev İranın kamikadze dronlarının hücumuna məruz qalıb

image

Martın 27-də axşam saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə İran istehsalı olan kamikadze dronlarla hücum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həyəcan siqnalı çalındıqdan sonra Kiyevdə silsilə partlayış səsləri eşidilib. Partlayış səsləri xüsusilə paytaxtın şimal hissəsində daha aydın eşidilib. Təxminən 5 güclü partlayış evlərin pəncərələrini sirkələyib.Kiyev şəhər meri Vitali Kliçko partlayışları təsdiqləyib. O paytaxtın Obolon və Svyatoşin rayonlarında partlayışların olduğunu söyləyib. Artıq Svyatoşin rayonunda partlayış nəticəsində binada yanğın başlayıb, hadisə yerində xilasetmə işləri aparılır. Hələ ki ölən və xəsarət alanlar haqqında məlumat verilmir.Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın verdiyi məlumata görə, rus işğalçıları “Şahedlər”in köməyi ilə iki istiqamətdən Ukraynaya hücum ediblər.

Digər xəbərlər