Ukraynanın müdafiə naziri Oleksii Reznikov Ukraynanın hücuma keçməsi ilə bağlı qiymətləndirmələr edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahının hücuma keçməyə qərar verəcəyinə işarə edən Reznikov, "Hücum bir neçə istiqamətdə planlaşdırılır. Bu, ən uyğun vaxtda baş tutacaq" deyib.Hücumun hava şəraitindən də asılı olduğunu söyləyən Reznikov, "Yazda burada yer çox rütubətli olur. Düşünürəm ki, aprel və may aylarında hücuma keçəcəyik. Müvəqqəti olaraq Kiyevdə, Çerniqovda, Sumidə, Xarkovda, Xersonda etdiyimiz kimi işğal altında olan torpaqlarımızı xilas etməyə davam edirik. Əminəm ki, müsbət nəticə əldə edəcəyik” ifadələrini işlədib.Müdafiə naziri eyni zamanda, Bəhmut istiqamətində Ukrayna qoşunlarının Rusiyanın hücum potensialını əhəmiyyətli dərəcədə azaltdığını iddia edib.
Müəllif: Ləman Əlizadə
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...