Sabiq iqtisadi inkişaf naziri Yakov Milatoviç Monteneqroda keçirilən prezident seçkilərində təxminən 60 faiz səs toplaraq qalib gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə seçki bülletenlərinin 66%-ni emal etdikdən sonra Monitorinq Mərkəzi (CeMI) tərəfindən açıqlanan "exit-poll" nəticələrində qeyd olunub."Səslərin 66 faizini hesablayandan sonra cənab [Milo] Cukanoviç 39,8 faiz, cənab Milatoviç isə 60,2 faiz səs toplayıb", - deyə CeMI nümayəndəsi bildirib.Qeyd edək ki, hazırkı dövlət başçısı Milo Cukanoviç və “Avropa indi" hərəkatının nümayəndəsi, 2020-ci il dekabrın 4-dən 2022-ci il aprelin 28-dək iqtisadi inkişaf naziri vəzifəsində çalışan Y.Milatoviç prezidentlik uğrunda mübarizədə iştirak edirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...