PDF Oxu

Dünya

  • 4 446

Tramp ya 136 ilə qədər həbs cəzası alaсaq, ya da...

Tramp ya 136 ilə qədər həbs cəzası alaсaq, ya da...

ABŞ-ın keçmiş prezidenti, ölkə tarixində görünməmiş cinayət işi üzrə müttəhim olan Donald Tramp Nyu-Yorkdakı məhkəmədən qayıtdıqdan sonra Mar-a-Laqo malikanəsində danışıb. "Səs" qəzeti xəbər verir ki, onun müraciəti faktiki olaraq ABŞ prezidentinin “İttifaqın vəziyyəti” mövzusunda illik çıxışının analoqu oldu, lakin keçmiş dövlət başçısı mesajına əks məna qoyub.

Onun əsas qənaətləri odur ki, ölkə “cəhənnəmə gedir”, liderliyini Çin və Rusiyaya itirir və dünya “nüvə müharibəsi astanasındadır”. 136 ilə qədər həbs cəzası gözlənilən Donald Tramp, ona qarşı məhkəmə prosesini siyasi hesab edən tərəfdarlarının dəstəyi ilə 2024-cü ildə təqsirsizliyini sübut etmək və ölkəyə rəhbərlik etmək əzmindədir.

İki saatlıq dinləmə zamanı 34 iş sənədlərini saxtalaşdırmaqda ittiham olunduğu Nyu-Yorkdakı ilk məhkəmə iclasını tərk etdikdən sonra Donald Tramp Mar-a-Laqoda çıxış etməzdən əvvəl Truth Social sosial şəbəkəsi vasitəsilə məktublar göndərməyə başlayıb. Əsas ünvançı eks-prezidentə artan dəstək qrupu idi və Donald Tramp 2024-cü il seçkilərindən sonra təslim olmayacağını və Ağ Evə qayıdacağına söz verib.

“Mənə dedilər ki, ittihamnamələrin ilk xəbərləri çıxandan bəri bizim kampaniyamız 10 milyon dollar toplayıb. Ağ Evi yenidən fəth edəcəyimizə və böyük millətimizi xilas edəcəyimizə heç vaxt bu qədər əmin olmamışdım”, - deyə Donald Tramp nikbin qeyd edib.

Digər xəbərlər