PDF Oxu

Dünya

  • 5 214

Əfqanıstana humanitar yardım üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb

Əfqanıstana humanitar yardım üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb

BMT-nin Əfqanıstandakı humanitar koordinatoru Ramiz Ələkbərov bildirib ki, ölkəyə yardım göstərmək üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb.SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, BMT 2023-cü il üçün 4,6 milyard dollar tələb edib, lakin donorlar indiyədək cəmi 213 milyon dollar köçürüb.Təşkilatın təmsilçisi qeyd edib ki, Əfqanıstan planetin ən böyük humanitar böhranı ilə üz-üzədir. İyirmi səkkiz milyondan çox əfqan aclıq çəkir və təcili yardıma ehtiyacı var. Ölkədəki humanitar əməliyyata son zərbə Talibanın yerli qadınların BMT strukturlarında işləməsinə qadağa qoyması oldu.

Digər xəbərlər