PDF Oxu

Dünya

  • 7 312

İtaliya miqrant axınının qarşısını almağa çalışır

İtaliya miqrant axınının qarşısını almağa çalışır

İtaliya hakimiyyəti qeyri-qanuni miqrasiyanın görünməmiş artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Qaçqınların əksəriyyəti Liviyadan Aralıq dənizi yolu ilə Apennin adalarına daşınır. Kəşfiyyat agentliklərinin hesablamalarına görə, çoxu Liviyada həbs düşərgələrində olan 685 000 nəfər hələ də İtaliyaya getməyi gözləyir. Bir gün əvvəl BMT-nin İnsan Haqları Şurası tərəfindən 2020-ci ildə Liviya üzrə yaradılmış Müstəqil Missiya belə düşərgələrdəki qaçqınların vəziyyəti ilə bağlı hesabat dərc edib.

İtaliyanın baş naziri Giorgia Meloni "Axınların idarə olunmasına daha effektiv və vaxtında cavab vermək üçün immiqrasiyaya fövqəladə vəziyyət tətbiq etmək qərarına gəldik" deyib. İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin əvvəlindən ölkəyə dəniz yolu ilə təqribən 31,3 min miqrant gəlib, ötən ilin analoji dövründə bu rəqəm təxminən 7,9 min olub.

İtaliyanın ən çox zərər çəkmiş cənub bölgələrinə 5 milyon avro məbləğində yardım göstəriləcək. Bu vəsait başqa şeylərlə yanaşı, yeni qaçqınların qəbulu mərkəzlərinin açılmasına sərf olunacaq. Fövqəladə rejim dövründə belə mərkəzlərin açılması asanlaşacaq, eləcə də qeyri-qanuni mühacirlərin deportasiyası proseduru sadələşdiriləcək.

Digər xəbərlər