PDF Oxu

Dünya

  • 7 475

Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı polkovnik Arman Maralçyanı vəzifəsindən azad edib. Maralçyanın vəzifədən azad edilməsi haqqında sərəncam prezidentin saytında dərc olunub.

Sənədin mətninə əsasən, qərar baş nazirin təklifi əsasında qəbul edilib. Maraçlyan bu vəzifəyə 26 oktyabr 2020-ci ildə təyin edilib. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Maraçlyanın azad edilməsinə səbəb Azərbaycanın Dığ (Tex) kəndi yaxınlığında mühəndis işləri aparması və baş verən son hadisələr olub.

Ermənistan Müdafiə Nazirliyin məlumatına görə, 4 erməni əsgəri ölüb, daha 6-sı yaralanıb. Daha sonra Ermənistan Müdafiə Nazirliyi ölənlərin adlarını açıqlayıb.

Digər xəbərlər