İran polisi son sutkada hicab taxmaq qaydalarına əməl etmədiyi üçün 150-dən çox obyektin fəaliyyətini dayandırıb. SİA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran polisinə istinadən məlumat yayıb.Bildirilir ki, polis 137 mağazanı, o cümlədən 18 restoranı bağlamalı olub.Polis hicab qaydaları ilə bağlı avtomobil sürücülərinə də xəbərdarlıq edib. Sürücülərə bildirilib ki, əgər sərnişin geyim qaydalarını pozarsa, onlarla mesajla xəbərdarlıq göndəriləcək, qayda pozuntusunun təkrarlanması halında avtomobili əlindən alınacaq.Polis rəisi Əhməd-Reza Radan keçən həftə açıqlayıb ki, ölkədə hicab taxmayanlar müşahidə kameraları və üz tanıma texnologiyası kimi "ağıllı" avadanlıqlardan istifadə edilməklə müəyyən ediləcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...