Yaponiya dövlət çevrilişinin baş verdiyi Sudandan öz vətəndaşlarını təxliyə edib. SİA xarici KİV-ə istindən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Fumio Kişida məlumat verib.Onun sözlərinə görə, ölkənin 45 vətəndaşı ailələri ilə birlikdə Sudandan təxliyə edilib. Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus təyyarə onları Cibuti Respublikasına aparıb, digər yaponiyalılar isə başqa hökumətlərin həyata keçirdikləri əməliyyatlar çərçivəsində ölkədən çıxarılıblar. Məsələn, altı Yaponiya vətəndaşı Fransanın köməyi ilə ölkəni tərk edib.Ölkədə hələ də təxliyə olunmaları barədə müraciət edən bir neçə Yaponiya vətəndaşı var.Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum və bir sıra digər şəhərlərdə ordu ilə çevik reaksiya qüvvələri arasında döyüşlər baş qaldırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...