Tacikistanın Ayni rayonunda ağır yol qəzası olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsi məlumat yayıb."Hyundai Starex" markalı mikroavtobusun dərəyə düşməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. "Starex" markalı minik avtomobilinin sürücüsü Ayni rayon mərkəzindən Pencikent şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək 200 metr dərinlikdəki dərəyə uçub.Hadisə nəticəsində iki uşaq və bir qadın müxtəlif bədən xəsarətləri ilə Ayni Rayon Mərkəzindəki Xəstəxanasına yerləşdirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...