PDF Oxu

Dünya

  • 3 952

Diplomatik münasibətlər pozuldu

Diplomatik münasibətlər pozuldu

Rusiyanın Varşavadakı səfirliyindəki məktəblə bağlı qalmaqal Rusiya ilə Polşa arasında qarşıdurmanı daha da gücləndirəcək

Moskva Rusiyanın Varşavadakı səfirliyindəki məktəbin tutduğu binadan çıxarılması ilə bağlı bu ölkənin tutduğu mövqe münasibətlərin daha pis hala gəlməsi ilə nəticələnə bilər. Məktəbin “ələ keçirilməsi” ölkələri diplomatik münasibətlərin kəsilməsinə də gətirib çıxara bilər. Rusiya Xarici İşlər Nazirliyi belə bir ssenarinin Rusiya vətəndaşlarının maraqlarına uyğun olmayacağını etiraf etsə də, dönüşü də istisna etməyib. Görünən odur ki, Moskva hələlik ifrat tədbirlərə getməyəcək, lakin diplomatik müharibə sürət götürməkdədir.

Aprelin 29-da səhər saatlarında məhkəmə icraçıları polis əməkdaşlarının müşayiəti ilə Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki orta məktəbin binasına gəliblər. Polşa hakimiyyətinin nümayəndələri giriş qapısını sındıraraq binaya daxil olublar.

Şənbə günü, aprelin 29-da Rusiyanın Varşavadakı səfirliyində “məktəbin ələ keçirilməsi ilə bağlı” Rusiya Xarici İşlər Nazirliyinin xüsusi bəyanatı verilib. “Biz Polşa hakimiyyətinin növbəti düşməncəsinə hərəkətlərini 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması və Rusiyanın Polşadakı diplomatik mülkiyyətinə təcavüz kimi qiymətləndiririk. Varşavanın sivil dövlətlərarası kommunikasiyalar çərçivəsindən kənara çıxan bu cür həyasız addımı bizim sərt reaksiyamızdan və Polşa hakimiyyət orqanları və Polşanın Rusiyadakı maraqları üçün nəticələrsiz qalmayacaq. Bunu belə mübahisəli, qanunsuz və təxribat xarakterli təşəbbüslərin təşəbbüskarları başa düşməlidirlər”, - deyə nazirlikdən bildirilib.

Digər xəbərlər