PDF Oxu

Dünya

  • 3 409

MESSİYƏ İLLİK 500 MİLYON AVRO TƏKLİFİ ŞƏRH

MESSİYƏ İLLİK 500 MİLYON AVRO TƏKLİFİ ŞƏRH

Səudiyyə Ərəbistanın “Əl Hilal” komandası yeni futbolçu almağa hazırlaşır

Səudiyyə Ərəbistanı Kriştiano Ronaldonu "Əl Nassr" futbol komandası ilə müqavilə imzalamasına nail olduqdan sonra digər futbol nəhəngi Lionel Messini də “Əl Hilal”a transfer etməyi planlaşdırır. Səudiyyə Ərəbistanının İdman Nazirliyinin liqanın marka dəyərini artırmaq üçün bu addım atdığı iddia edilir. Mançester Yunayteddən ayrılan və rekord müqavilə ilə Kriştiano Ronaldonu heyətinə qatan “Əl Nassr”dan sonra “Əl Hilal” da Lionel Messi üçün cəhdlərə başlayıb. Məlum olub ki, nazirlik və federasiya transfer məsələsində birgə addım atmağı planlaşdırırlar. Liqanın marka dəyərini artırmaq istəyən məmurların Avropada karyeralarının son pillələrinə qədəm qoyan ulduzları ölkəyə gətirməklə böyük həcmdə pullar qazanmaq və reytinq əldə etməyə çalışırlar.

"Mançester Yunayted"dən ayrılan Kriştianu Ronaldo ilə 2,5 illik müqavilə imzalayan “Əl Nassr” transferin maliyyə detallarını açıqlamayıb. “Əl Nassr”ın portuqaliyalı futbolçu ilə illik 75 milyon avro məvacib ödəyəcəyi, həmçinin Kriştianu Ronaldonun kommersiya müqavilələri ilə təxminən 200 milyon avro gəliri cibinə qoyacağı bildirilib.Səudiyyə Ərəbistanının digər nəhəng klubu "Əl Hilal" Paris Saint-Germaini tərk edəcəyi gözlənilən Lionel Messini də almağı planlaşdırır. “Əl Hilal”ın argentinalı futbolçuya illik 500 milyon avroluq transfer təklifi etdiyi qeyd edilib.İtaliya mətbuatında yer alan xəbərə görə, Kriştiano Ronaldodan sonra ölkəyə yeni ulduzlar gətirməyi qarşısına məqsəd qoyan Səudiyyə Ərəbistanın İdman Nazirliyi və Səudiyyə Ərəbistanın Futbol Federasiyası bu istiqamətdə klublara köməklik göstərməyi planlaşdırır: “Paris Saint-Germain ilə cari müqaviləsi mövsümün sonunda başa çatacaq argentinalı futbolçunun "Əl Hilal"la danışıqları davam etdirir”.

Səudiyyə Ərəbistanı hakimiyyəti Anxel Di Marianı da ölkəyə gətirməyə çalışır. Anxel Di Maria "Yuventus"u tərk edəcəyi üçün transferin asan olacağı bildirilir. "Liverpul"dan ayrılan Roberto Firmino və "Tottenhem"lə vidalaşan Lukas Mouranın da Səudiyyə Ərəbistanında heyətin hədəfinə çevrildiyi öyrənilib.

İlham

Digər xəbərlər