Dünya

  • 3 662

ABŞ Şimali Koreyaya yeni sanksiyalar tətbiqinə başlayır

image

ABŞ hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) 4 qurumuna və bir fərdi şəxsinə ölkənin nüvə silahı proqramının inkişafı üçün qanunsuz kiber fəaliyyətə görə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-nin Xəzinə Departamenti həmin qurumları və şəxsi “qara siyahı”ya daxil edilib. Sanksiya tətbiq olunan qurumlar Baş Kəşfiyyat İdarəsi üçün kadrlar hazırlayan Pxenyan Avtomatlaşdırma Universiteti, idarənin nəzarətində olan texniki kəşfiyyat bürosu və onun kiber bölməsi, Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkətidir.Departamentin açıqlamasında deyilir ki, KXDR zərərli kiber fəaliyyət göstərir, Kim rejimini, onun qanunsuz kütləvi qırğın silahları və ballistik raket proqramları kimi prioritetlərini dəstəkləməkdən ötrü virtual valyuta da daxil olmaqla gəlir əldə etmək üçün informasiya texnologiyaları (İT) işçiləri vasitəsi ilə fırıldaqçılıq edir. ABŞ Xəzinə Departamenti hesab edir ki, texniki kəşfiyyat bürosu Şimali Koreyanın kiber hücum taktikaları və üsullarının inkişafı ilə məşğuldur. Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkəti isə Rusiya və Laosda cəlb etdiyi İT işçiləri vasitəsilə KXDR-in qanunsuz kiber fəaliyyətinə dəstək olur. Sanksiya tətbiq olunan fərdi şəxs isə sözügedən şirkətin Vladivostokdakı nümayəndəsi olduğu iddia edilən Kim Sanq-Mandır. Onun həmin ölkələrdəki işçilərin maaşlarının ödənilməsi ilə məşğul olduğu bildirilir.Qeyd edək ki, bir müddət əvvəl Cənubi Koreya da KXDR-in 3 təşkilatına və 7 fərdi şəxsinə qanunsuz kiber fəaliyyətlə əlaqədar sanksiyalar tətbiq etdiyini açıqlamışdı.

Digər xəbərlər