Londonun "Arsenal" futbol klubu müxtəlif şöbələrdə çalışan 60 əməkdaşını ixtisar etməyi nəzərdən keçirir. "The Athletic"in məlumatına görə, məsələ ilə bağlı məsləhətləşmələr davam edir və yekun qərar hələ verilməyib.
İxtisarların məşqçilər korpusuna, kişi və qadın komandalarının hazırlıq heyətinə, təhlükəsizlik xidmətinə, ictimai layihələrə və "Arsenal Foundation" fonduna aid olmayacağı bildirilir.
Mətləb