Artıq Türkiyədə keçiriləcək ikinci tur prezident seçkilərinə cəmi bir neçə gün qalıb. Dünyanın və bölgənin siyasi münasibətləri baxımından olduqca aktual və diqqətçəkən hadisə olan ikinci tur seçkiləri ən çox qərbdəki aparıcı medianın diqqət mərkəzindədir. “New York Times” və BBC hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın şansları barədə olduqca maraqlı təhlillər aparıblar. Xüsusilə BBC Ərdoğanın siyasi xarizması barədə geniş fikirlərə yer verib. “Ərdoğan kütləni tam bir orkestr şefi kimi yönəldir” başlıqlı yazıda hazırkı Türkiyə liderinin olduqca bacarıqlı siyasətçi olması, kütlə ilə mükəmməl dialoq qurmaq təcrübəsi vurğulanır. Bundan başqa “New York Times” Türkiyədəki seçkilərin ən çox qərb ölkələrini maraqlandırdığını qeyd edərək, bu seçkilərin nəticələrinin Rusiya prezidenti Vladimir Putinin də siyasi taleyinə təsir edəcəyini yazır. Qəzet iddia edir ki, Türkiyədəki hakimiyyət dəyişikliyi ən azı regional siyasi xəritəni də alt-üst edə bilər. ABŞ qəzetinin İstanbul bürosunun müdiri olan Ben Hubbard yazısında qeyd edir ki, hazırda Türkiyədə əksəriyyət R.T.Ərdoğanın tam fərqlə qələbə qazanacına inanır. Amerikalı jurnalistin fikrincə Türkiyə cəmiyyəti hazırkı prezidenti sabitlik üçün qarant hesab edir. Almaniyan “Frankfurter Rundschau” qəzeti isə manşetinə “Kılıçdaroğlunun bacarıqsızlığı Ərdoğanın qələbəsidir” başlığını çıxarıb. Alman nəşri yazır ki, Kamal Kılıçdaroğlu sağ taməyüllü seçicinin səsini qazanmaq üçün təbliğat işində dəyişiklik edir.
Mətləb Salahov
Boris Conson yeni hərbi ittifaq təklif etdi...
Müharibənin təsirləri ruslar tərəfindən getdikcə daha çox hiss olunur...
Təkcə Rusiya təbliğatı ilə mübarizə aparmaq kifayət deyil...
Tarixçilər rasional bir izahat tapmağa çalışırlar…
Almaniya prokurorluğu “rusları qovmaq” təklifi ilə çıxış edən Avropa Parlamentinin üzvü ilə bağlı araşdırma aparacaq…
Rusiyada vəziyyət ölkə hakimiyyətinin icazə verdiyindən daha mürəkkəbdir...
...bizdə yox ey, Rusiyada
Heç bir sürpriz gözlənilmir…
Lindsi Qremin “cəhənnəm” sanksiyalar qanun layihəsi belə bir səlahiyyət verir…
Rusiyada nəticəsi əvvəlcədən müəyyən edilmiş parlament seçkiləri davam edir...
Ukraynadakı müharibə Kremlin imperiya infrastrukturunu dağıdıb...