Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon qərb ölkələrinə, xüsusilə ABŞ əleyhinə sərt ifadələr işlədib. Son vaxtlar ard-arda nüvə sınaqları həyata keçirən Şimali Koreya ABŞ rəsmilərinin ciddi tənqidləri ilə üzləşib. Həttda ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə nümayəndəsi Adam Hodgenin “Hər kəs Şimali Koreyanı qınamalıdır. Bu ölkəyə qarşı ciddi sanksiyaların vaxtı çoxdan çatıb” açıqlaması Pxenyanda qəzəblə qarşılanıb. Xanım Kim Yo Çjon bir sıra ölkələrin də belə tətbiqatlar keçirdiyini deyərək, ABŞ-ın sadəcə Şimali Koreya əleyhinə səs-küy yaratdığını dilə gətirib. Ağ Evin daima Pxenyana qarşı əsl qangster münasibət göstərdiyini deyən Şimali Koreya liderinin bacısı, ABŞ-ı hədəf alıb: “bizim də cavabımız daha sərt olacaq”
Mətləb Salahov
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...