PDF Oxu

Dünya

  • 1 975

İran-Əfqanıstan sərhədində "su qıtlığı" gərginliyi artır

İran-Əfqanıstan sərhədində "su qıtlığı" gərginliyi artır

Ötən həftə İran-Əfqanıstan sərhədində baş verən kiçikmiqyaslı münaqişədən sonra tərəflər gərginliyi azaltmağa çalışsalar da, yüksək temperatur və infrastrukturun kifayət qədər olmaması yeni böhranlara qapı açır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kabil yaxınlığından başlayan Helmand çayı təxminən 1100 km məsafəni keçərək İrana çatır.

Bununla belə, İran 1973-cü il müqaviləsi ilə tənzimlənən minimum su hüququnun yalnız 4 faizini aldığını iddia edir. Çay sularının çatdığı 3 milyon əhalisi olan Sistan və Bəlucistan əyalətində bu həftə hava istiliyi 43 dərəcə olub. Yüksək temperaturla birlikdə son 30 ildə quraqlıqdan əziyyət çəkən ölkənin 97 faizi artıq kifayət qədər yağıntının olmamasından əziyyət çəkir. Oxşar şərtlər keçən il hökumət əleyhinə nümayişlərə səbəb oldu. Yeni xalq hərəkatından qorxan İran prezidenti İbrahim Rəisi ötən həftə Talibanı “hərbi seçim”lə hədələyib.

Fazil Mehdixanlı

Digər xəbərlər