Dünya

  • 2 613

Etiraz aksiyalarında 500-ə yaxın adam saxlanılıb

image

Seneqalda müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonun həbsə məhkum edilməsindən sonra baş verən aksiyalarda 500-ə yaxın adam saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, daxili işlər naziri Antoine Diome paytaxt Dakarda mətbuata verdiyi açıqlamada, 1 iyunda başlayan etirazlardan sonra aralarında siyasi partiya üzvləri də olan təxminən 500 adamın nəzarətə alındığını bəyan edib.Həftəsonu ölkədə gərginliyin azaldığını ifadə edən Diome etirazlarda “xarici qüvvələrin təsirli olduğunu və ölkəsinin hücuma məruz qaldığını” iddia edib. Nazir Diome bildirib ki, etirazçılar infrastruktur obyektlərinə ziyan vurub və məhv ediblər.Sonko ittihamları rədd edib və işin siyasi motivli olduğunu iddia edib, partiyası PASTEF isə məhkəmənin qərarının siyasi sui-qəsdin bir hissəsi olduğunu bildirərək partiya tərəfdarlarını "bütün fəaliyyətləri dayandırmağa və küçələrə çıxmağa" çağırıb.Qeyd edək ki, müxalifət lideri 2021-ci il fevralın 3-də Dakardakı "Sweet Beauty" gözəllik salonunun əməkdaşına təcavüz etməkdə ittiham olunub və hadisələrdə 14 nəfər həlak olub.

Fazil Mehdixanlı

Digər xəbərlər