Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “The Straits Times” qəzetinə müsahibəsində olduqca maraqlı açıqlama ilə çıxış edib. Ukraynalı nazir Çinin vasitəçiliyi üçün rəsmi Kiyevin şərtini açıqlayıb:
“Əgər Pekin Rusiyanı zəbt etdiyi bütün ərazilərdən geri çəkilməyə məcbur edə bilsə, Ukrayna müharibəni dayandırmaq üçün sülh təşəbbüsündə Çini vasitəçi kimi qəbul etməyə hazırdır.Rusiyanın Ukrayna ilə dinc yanaşı yaşamağa hazır olduğunu mənə sübut edin. Birinci siqnal ərazilərin tam azad edilməsi olmalıdır. Qoy bizə xoşməramlılıq jesti göstərsinlər və silahlı qüvvələrini Ukrayna ərazisindən çıxarsınlar", - Reznikov belə deyib.
Mətləb Salahov
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...