Dünya

  • 3 925

Peru mediası Qarabağdakı yenidənqurmadan və yekun sülh sazişindən yazdı

image

Perunun populyar “Guik” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi dərc olunub. Səfirliyin məlumatında deyilir ki, müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, müxtəlif beynəlxalq aktorların iştirakı ilə yekun sülh sazişi üzrə aparılan danışıqlar barədə məlumat verilib.

Sülh müqaviləsinin bu ilin sonuna kimi imzalanacağına ümid etdiyini bildirən azərbaycanlı diplomat işğaldan azad edilmiş ərazilərimizin urbisid, ekosid, mədəni irsin dağıdılmasına və kultursidə məruz qaldığını, bununla belə hazırda həmin torpaqlarda genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə işlərinin aparıldığını qeyd edib.

Müsahibədə işğaldan azad olunmuş torpaqlarda qısa müddət ərzində görülmüş bərpa-quruculuq işləri, “ağıllı” kənd və “ağıllı” şəhər layihələrinin icrası, eləcə də məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışının həyata keçirilməsi prosesi barədə məlumat verilib.

Digər xəbərlər