Rusiya mediası “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojinlə bağlı həyəcanlı xəbərlər yaymaqda davam edir. Məlumatlarda deyilir ki, "Vaqner" rəhbəri Rusiya ordusunu bu ölkənin hərbi rəhbərliyinə qarşı silahlı qiyama çağırıb.
Məlumata görə, Rusiya hakimiyyəti ölkənin bir sıra bölgələrində, o cümlədən Moskva şəhəri və vilayətində, eləcə də Voronejdə antiterror əməliyyat rejimi elan edib.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...