PDF Oxu

Dünya

  • 3 322

Fransada iğtişaşlar dayanmır: 150 etirazçı həbs edilib!

Fransada iğtişaşlar dayanmır: 150 etirazçı həbs edilib!

Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra Fransada qarşıdurma və iğtişaşlar dayanmır. Qəzəbli kütlənin polislə toqquşmasında 150 nəfər saxlanılıb.

Fransanın daxili işlər naziri Jerald Darmanin mətbuata açıqlamasında vurğulayıb ki, ölkənin bir neçə yaşayış məntəqəsində gərginlik hələ də davam edir. "Respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi: bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar və ya onların yandırılması. 150 nəfər həbs edilib", - nazir belə deyib.

Mətləb

Digər xəbərlər