Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə 2022-ci ildə aralarında olan dialoq barədə “Bild” nəşrinə səs-küy yaradacaq açıqlama verib. O, alman nəşrinə olan müsahibəsində qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan iki-üç həftə əvvəl Prezident V.Putin ona Ukrayna ordusunun çox güclü və yaxşı hazırlıqlı olduğunu deyib.
Macarıstanın Baş nazirinin sözlərinə görə, Putinlə görüş zamanı Ukrayna haqqında çox danışıblar. Rusiya prezidenti qeyd edib ki, Ukrayna ordusu Qərb ölkələri ilə yaxşı təchiz olunub, Ukrayna əsgərləri isə yaxşı hazırlaşıblar. Orbanın sözlərinə görə, Putin bildirib ki, hərbi münaqişə başlasa, "çox ağır"olacaq.
Mətləb Salahov
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...