PDF Oxu

Dünya

  • 1 788

Amerikalı xanım nazir Çinə gedir

Amerikalı xanım nazir Çinə gedir

ABŞ-ın maliyyə naziri xanım Janet Yellen Çinin yüksəkvəzifəli məmurları ilə görüşmək üçün iyulun 6-dan 9-dək Pekində olacaq.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, nazir Janet Yellenin səfəri ötən ilin noyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşmüş ABŞ Prezidenti Co Baydenin tapşırığı ilə bağlıdır. J.Yellen Pekində ÇXR məmurları ilə bir sıra qlobal iqtisadi problemlərin həlli üçün birgə çalışmaq məsələlərini müzakirə edəcək.

Mətləb

Digər xəbərlər