PDF Oxu

Dünya

  • 2 723

13 Fələstin vətəndaşı yaralandı, 3 nəfər öldü

13 Fələstin vətəndaşı yaralandı, 3 nəfər öldü

İsrailin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi hava hücumu və basqında 3 nəfər ölüb, 13 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Cenin şəhərinə endirdiyi hava hücumu nəticəsində 3 Fələstin vətəndaşının həyatını itirdiyi, 3-ü ağır olmaqla 13 nəfərin yaralandığı bildirilib.Məlumata görə, İsrail döyüş təyyarələri Cenində bir fələstinli evini 3 raketlə hədəfə alıb.Sözügedən hava hücumundan sonra İsrail ordusu tikinti texnikasının müşayiəti ilə şəhərə basqın edərək Cenin Qaçqınlar Düşərgəsini mühasirəyə alıb. Hadisə şahidləri İsrail qüvvələrinin düşərgəyə basqın edərək Fəth Hərəkatının Əqsa Şəhidləri Briqadasının komandirlərindən olan Zəkəriyyə əz-Zəbidinin ailəsinə məxsus evi mühasirəyə aldıqları barədə məlumatı da paylaşıblar.İsrail döyüş təyyarələrinin bir müddət Cenin Qaçqınlar Düşərgəsini vurmağa davam etdiyini bildirən şahidlər, İsrail ordusunun da bölgəyə əlavə qüvvələr göndərdiyinə diqqət çəkiblər. Fələstinin rəsmi xəbər agentliyində yer alan məlumatda hücumda ölənlərdən birinin 21 yaşlı Semih Firas Ebu əl-Vefa olduğu bildirilib.İsrail əsgərlərinin Cenin Qaçqınlar Düşərgəsindəki basqında bəzi fələstinlilərin evlərini mühasirəyə alması ilə bağlı məlumatların yer aldığı xəbərdə yaralıları götürməyə çalışan təcili yardım maşınlarının əsgərlərin qarşısını aldığı bildirilib.İsrail təyyarələri də çıxış və girişlərə bağlı olan Cenin Qaçqınlar Düşərgəsi üzərində intensiv uçuşlar həyata keçirib.

Digər xəbərlər