Deyəsən Ukraynanı qanlı gölməçəyə çevirən qərb birliyi, NATO-nun qapılarını onun üzünə açmağa tələsmirlər. Açıq şəkildə Rusiyaya qarşı qanlı koridora çevrilmiş bir Ukrayna durur qarşımızda. Şimali Atlantika Alyansının (NATO) keçmiş baş katibi Anders Foq Rasmussen Yaponiyanın NHK telekanalına müsahibəsində diplomatic şəkildə də olsa dediklərimi təsdiqləyir.
O bildirib ki, Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü barədə danışmaq “çox tezdir”. Keçmiş baş katib diqqətə çatdırıb ki, NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində bir çox dövlətlər Ukraynaya Alyansa üzv olmazdan əvvəl təhlükəsizlik zəmanəti verə bilər. "Düşünürəm ki, bir çox ölkələr sammitdən əvvəl Ukraynaya gələcəkdə Rusiyanın istənilən hücumundan müdafiə olunacağına dair vədi özündə əks etdirən sənəd imzalayacaq", - deyə keçmiş baş katib qeyd edib. Yenə də ancaq quru vəd, başqa heç nə…
Mətləb Salahov
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...