Fransada yol patrulunun tələblərinə tabe olmayan 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkəni bürümüş iğtişaşlar zamanı 150-yə yaxın poçt şöbəsi zədələnib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ciddi ziyan dəydiyi üçün 80 filial hələ də bağlı qalır.İğtişaşlar zamanı ən azı 370 bank şöbəsinə də ziyan dəyib. Təsirə məruz qalan filiallarının 40%-i İl-de-Frans bölgəsində yerləşir.Qeyd edək ki, bundan əvvəl Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer iyunun 27-dən bəri iğtişaşçıların ölkə boyu 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb talan etdiyini bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...