Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın 37 hava hədəfini məhv edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.Məlumata görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın İran istehsalı olan 32 "Shahed-136/131” zərbə PUA-sına hücum edib, onlardan 23-nü sıradan çıxarıb.Bildirilib ki, bu PUA-lar Rusiyanın Krasnodar diyarındakı Primorsk-Axtarsk və ilhaq etdiyi Krım yarımadasındakı Çauda poliqonlarından buraxılıb. Məlumata görə, ötən gecə Rusiya Ukraynaya 16 "Kalibr”, 8 "X-22”, 6 "Oniks” qanadlı raketi və "Su-35” qırıcıdan isə idarə edilən bir "X-59” aviasiya raketi atıb. Ukrayna müdafiəçiləri 13 qanadlı raket, bir "X-59” viasiya raketi və 23 "Shahed-136” məhv edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...