Hindistan “Basmati” istisna olmaqla, təmizlənmiş ağ düyü sortlarının ixracını qadağan edib. Bu barədə ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyi məlumat yayıb. Dünyada düyü ixracının 40 faizini təşkil edən bu ölkədə qadağan olunmuş sortlar düyü ixracının 25 faizini təşkil edir. Məlumatda deyilir ki, “Basmati” istisna olmaqla, tələb olunan həcmdə ağ düyü sortlarının Hindistan bazarında mövcud olmasını təmin etmək, habelə daxili bazarda qiymət artımını yumşaltmaq məqsədilə Hindistan hökuməti bu addımı atır.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...