PDF Oxu

Dünya

  • 2 368

Rusiya təmsilçiliyimizi genişləndirmək niyyətindəyik - Putin

Rusiya təmsilçiliyimizi genişləndirmək niyyətindəyik - Putin

Moskva Afrika ölkələrinin Təhlükəsizlik Şurasında (TŞ) və BMT-nin digər strukturlarında təmsilçiliyinin genişləndirilməsinin tərəfdarıdır, “tarixi ədalətsizliyi” düzəltməyin vaxtı çatıb. "Səs" qəzeti xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında çıxışı zamanı deyib.

“Əlbəttə, biz Afrika dövlətlərinin Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində daha çox iştirak etmək istəyini bölüşürük, Afrika İttifaqının bu məsələdə necə fəal mövqe tutduğunu görürük. Biz Afrika strukturlarının, bütövlükdə afrikalıların BMT strukturlarında, o cümlədən hazırlanmaqda olan islahatlar kontekstində təmsilçiliyinin genişləndirilməsi ilə bağlı təklifləri nəzərdən keçirməyə praktiki baxımdan hazırıq. Biz hesab edirik ki, Afrika qitəsinə münasibətdə tarixi ədalətsizliyi düzəltməyin vaxtı çatıb”, - Rusiya Federasiyasının prezidenti bildirib.

Digər xəbərlər