Rusiya-Afrika Forumunun ikinci günündə çıxış edən Vladimir Putin qitə ölkələri ilə Rusiyanı sıx dostluq telləri ilə bağladığını bildirib. "Səs" qəzeti xəbər verir ki, Putin Moskvanın Afrika ölkələrinə ümumilikdə 23 milyard dollar borcunu sildiyini xatırladıb.
Prezident Rusiyanın inkişaf üçün Afrika ölkələrinə təxminən 90 milyon dollar ayıracağını bildirib. Moskva ticarət imtiyazları verməklə Afrika qitəsinin inkişafına kömək etmək niyyətində olduğunu vurğulayıb. “Rusiya da Afrika ölkələrinin borc yükünü yüngülləşdirmək səylərində iştirak edir. Bu günə kimi silinmiş borcumuz 23 milyard dollardır. Afrika ölkələrindən gələn son müraciətlər əsasında biz bu inkişaf məqsədləri üçün 90 milyondan çox vəsait ayıracağıq”, - deyə dövlət başçısı bildirib.
Bir gün əvvəl, iyulun 27-də keçirilən forumda Rusiyanın Somaliyə olan 684 milyon dollardan çox dövlət borcunu sildiyi açıqlanıb.Bu barədə Somalinin baş nazirinin müavini Salah Əhməd Cama məlumat yayıb. Onun sözlərinə görə, Rusiya tərəfi Afrika dövlətinə iki borcunu - 7,5 milyon dollar və 684 milyon dollardan çox borcunu bağışlayır.O vurğulayıb ki, Somalinin Rusiya Federasiyasına qalan borcları yeni qrafikə əsasən qaytarılacaq. Afrika dövlətinə ödənişləri təxirə salma imkanı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...