Çinin paytaxtı Pekində leysan yağışları nəticəsində 11 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə itkin düşdüyü bildirilib. SİA "China Daily" qəzetinə istinadən xəbər verir ki, leysan yağışlar Pekinin bir çox bölgəsində həyata mənfi təsir göstərir.Pekin Şəhər Administrasiyasından verilən açıqlamada, paytaxtın müxtəlif yerlərində axtarış-xilasetmə işlərində iştirak edən 2 nəfərin də olduğu 11 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə itkin düşdüyü bildirilib. İtkin düşən 27 nəfərdən 4-nün Fanqşan kəndində axtarış-xilasetmə işləri aparan “Mavi Səma” xilasetmə qrupunun üzvü olduğu, digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsinin davam etdiyi bildirilib. Paytaxtın 13 rayonunda 44 min 673 nəfərin əlverişsiz hava şəraitinin təsirinə məruz qaldığı, 127 min insanın Pekində təhlükəsiz yerlərə təxliyə edildiyi bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...