İranda həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin məzuniyyətə buraxılması qərara alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi "Twitter" hesabında verdiyi açıqlamada deyib: “Bu günlərdə misli görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin təklifi ilə ölkənin bütün ərazisində çərşənbə və cümə axşamı günləri tətil keçirilsin. Qərar Nazirlər Şurası tərəfindən qəbul edilib”.Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda sabah temperaturun 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda 40 dərəcə isti gözlənilir. İranın səhiyyə naziri Bəhram Eynullahi hökumətə təklif edib ki, havanın temperaturu 40 dərəcədən çox olan bölgələrdə həftə sonu tətil elan edilsin.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...