Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti Zaporojye AES-də yoxlama zamanı damlarda piyada əleyhinə mina və digər hərbi sursat tapmayıb. SİA xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalının xüsusi müxbiri Olqa Kurlayeva Teleqram kanalında yazıb.O bildirib ki, təşkilatın üzvləri missiyalarına üçüncü və dördüncü enerji bloklarının damına baxış keçirməklə başlayıblar. Yoxlama Rusiya hərbçiləri və “Rosenerqoatom” şirkətinin baş direktorunun müşaviri Renat Karçaa tərəfindən izlənilib. MAQATE mütəxəssisləri damların üstündə yarım gün keçirsələr də, orada heç nə tapmayıblar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...