ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Bayden və ətrafı hakimiyyəti saxlamaq üçün əlindən gələni edəcək. "Səs" qəzeti xarici mənbələrə istinadən xəbər verir ki, keçmiş prezident "Co Bayden və onun radikal sol quldurları iqtidarı saxlamağa çalışır”, deyib.
Siyasətçi vurğulayıb ki, Bayden və ətrafı istənilən yolla hakimiyyəti saxlamağa çalışacaq. Avqustun 4-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada məhkəməyə gəlməyib və məxfi sənədlərlə bağlı əlavə ittihamları qəbul etməkdən imtina edib.
Bundan əvvəl Vaşinqtonda məhkəmə Donald Trampın 2020-ci il seçkilərinə müdaxilə və Kapitoliyə hücumu ilə bağlı həbs edilməməsinə qərar vermiş, siyasətçi görünmək və qanunlara riayət etmək vədi ilə azadlığa buraxılmışdı.
Avqustun 3-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, “solun elan etdiyi ifritə ovu”na görə üç cinayət işi üzrə onu ümumilikdə 500 ildən çox həbs gözləyir.
Avqustun 2-də məlum olub ki, yeni ittihamla Donald Tramp “yerli terrorçuların” lideri kimi tanına bilər, buna görə onu 50 ilə qədər həbs gözləyir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...