PDF Oxu

Dünya

  • 2 218

Tacikistanda dəhşətli qəza olub - ölən və yaralananlar var

Tacikistanda dəhşətli qəza olub - ölən və yaralananlar var

Tacikistanın Kulyab şəhərində tormozu sıradan çıxan yük maşını bir neçə minik avtomobilinə və iki yaşayış binasına çırpılıb. SİA-nın Tacikistan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Faktla bağlı cinayət işi başlanıb.DİN-də yaralanan və ölənlərin sayı dəqiqləşdirilməyib. Sosial şəbəkələrdə qəza yerindən yük maşını və dağılmış binanın görüntüləri yayılıb.Tacikistan prezidenti Emoməli Rəhmonun tapşırığı ilə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri, səhiyyə naziri və Fövqəladə Hallar Komitəsinin sədri qəza yerinə gedib.

Digər xəbərlər