PDF Oxu

Dünya

  • 2 714

İranda parlament seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb

İranda parlament seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb

İranda 2024-cü ilin mart ayında keçiriləcək parlament seçkiləri üçün namizədlərin qeydə alınmasına başlanıb. SİA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.Bildirilib ki, bu gündən etibarən 12-ci İslam Şurası seçkiləri üçün namizədlərin ilkin qeydiyyatı başlayıb. Namizədlərin qeydiyyatı adətən səsverməyə bir ay qalmış aparılır, lakin bu il hökumət bir həftə davam edəcək erkən qeydiyyata başlamaq qərarına gəlib. Bu, ötən il ölkədə baş verən ümummilli etirazlardan sonra keçiriləcək ilk parlament seçkiləri olacaq.

Digər xəbərlər