Rusiyanın Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə avqustun 7-i axşam saatlarında həyata keçirdiyi raket hücumu nəticəsində ölənlərin sayı 9-a çatıb. SİA xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.Xatırladaq ki, avqustun 7-də axşam saatlarında Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə raket zərbələri endirib. Şəhər cəbhə xəttindən 40 km aralıda olub.Birinci zərbə yerli vaxtla 19:15-də, ikinci zərbə isə 19:52-yə təsadüf edib. İkinci zərbə artıq polis və xilasedicilər hadisə yerinə gələndə edilib.Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi yaşayış məntəqələrini və mülki infrastrukturu bombaladığını inkar edərək, yalnız “hərbi hədəflərə dəqiq zərbələr endirdiyini” açıqlayıb. Zelenski isə zərbənin “adi yaşayış evlərinə” endirildiyini diqqətə çatdırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...