Almaniya bu həftə Kiyevə “Patriot” zenit-raket kompleksi üçün iki buraxılış qurğusu, həmçinin “Bandvagn 206” yüksək keçidli avtomobillərini çatdırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin saytında məlumat verilib .Almaniya rəsmilərinin bildirdiyinə görə, Almaniya Ukraynaya 10 ədəd “Bandvagn 206” yüksək keçidli avtomobili, 6705 tüstü şaşkası, partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün material, 5 sərhəd mühafizə maşını, dron, binokl və taktiki eynək göndərib. Bundan əvvəl Almaniya hakimiyyətinin Kiyevə 25 ədəd Leopard 1A5 döyüş tankı göndərəcəyi bildirilirdi. Tanklar Ukraynaya daha əvvəl elan edilmiş müdafiə ləvazimatlarının tədarükünə əlavə olaraq göndəriləcək. Həmçinin avqustun 5-də Almaniyanın kəşfiyyat PUA-larını Ukraynaya ötürdüyü məlum olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...