PDF Oxu

Dünya

  • 2 309

BƏƏ gizli şəkildə Sudan xüsusi təyinatlılarına silah verir

BƏƏ gizli şəkildə Sudan xüsusi təyinatlılarına silah verir

BƏƏ Sudanın xüsusi təyinatlı qüvvələrinə gizli şəkildə silah və sursat tədarükü həyata keçirir. "Səs" qəzeti bu barədə Amerikanın “The Wall Street Journal” qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 2-də Uqandanın paytaxtının hava limanının əməkdaşları elan edilmiş humanitar yardım (ərzaq və dərman) əvəzinə BƏƏ-dən gələn təyyarənin yük yerindən “sursat, tüfənglə doldurulmuş onlarla yaşıl plastik qab” tapıblar). Rəsmi mənbələr yükün Mohammed Hamdan Dagalonun rəhbərlik etdiyi xüsusi təyinatlılar üçün nəzərdə tutulduğunu bildirib.

Mənbənin verdiyi məlumata görə, Əbu-Dabinin bu cür hərəkətləri Vaşinqtonla münasibətlərdə sürtüşmə yarada bilər. ABŞ prezidenti Co Baydenin administrasiyasına yaxın mənbələr nəşrə bildirib ki, ABŞ hakimiyyəti BƏƏ-dən Sudana silah tədarükündən xəbərdardır. Dövlət Departamentinin sözçüsü qəzetə deyib ki, “Biz münaqişənin hər hansı tərəfinə kənardan dəstək barədə xəbərlərdən çox narahatıq” və əlavə edib ki, Birləşmiş Ştatlar “hərbi əməliyyatların dayandırılmasına və humanitar yardımın əldə edilməsinə nail olmaq üçün BƏƏ və digər tərəfdaşlarla koordinasiyaya davam edir".

Digər xəbərlər