PDF Oxu

Dünya

  • 2 776

"İskəndər" raketlərinin istehsal olunduğu zavodda partlayış baş verib

"İskəndər" raketlərinin istehsal olunduğu zavodda partlayış baş verib

Udmurtiyanın Votkinsk zavodunun ərazisində, xüsusən də "İskəndər" raketlərinin istehsal edildiyi ərazidə baş verib. "Səs" qəzetinin verdiyi məlumatda qeyd edilir ki, “Votkinski Zavod” ASC-nin istehsalat sahəsinin ərazisində partlama və tüstü ilə müşayiət olunan hadisə baş verib.

Hadisə zamanı işçilərdən heç biri xəsarət almayıb. Şirkət normal şəkildə fəaliyyətini davam etdirir. Partlayışın nədən baş verdiyi barədə məlumat verilmir. Açıq mənbələrdən əldə edilən məlumatlara görə, “Topol-M” raketləri Votkinsk zavodunda istehsal edilib, 2006-cı ildə isə “İsgəndər-M” raketlərinin kütləvi istehsalına başlanılıb.

Bundan əvvəl Life nəşri iyulun 28-də Samaradakı Kuybışev neft emalı zavodunun ərazisində partlayış baş verdiyini bildirmişdi. Müstəntiqlərin sözlərinə görə, partlayıcı qurğu quraşdırılıb, xoşbəxtlikdən tələfat olmayıb. Partlayışın təşkilatçısı artıq saxlanılıb, o, günahını etiraf edib.

Digər xəbərlər