PDF Oxu

Dünya

  • 2 728

Pizza Avropanın evini yıxır

Pizza Avropanın evini yıxır

Avropa Birliyi Komissiyası, hazır qidalarda qatqı maddəsi istifadə etmədən şəkər, duz, ya da un və yağ miqdarını azaltmaq üçün sərt tədbirlər görür. İllərdir bu yolla piylənmə, diabet, bəzi xərçəng növləri, yüksək təzyiq kimi xəstəliklərlə mübarizəyə aparılır. Bildirilir ki, piylənmə Avropada təhlükəli hal alıb. Sağlam qidalanmadan uzaq düşən və gündə ən az 2 dəfə pizza ilə qidalanan əhali piylənmədən qaça bilmir.

Əsasən dondurulmuş pizzanın piylənmə yaratdığını deyən ekspertlər yerli əhalinin daha çox bu cür pizzalara üstünlük verdiyini deyir. Xüsusilə yarımfabrikat pizzalarda daha çox zərərli olan duz, un, şəkər və yağ piylənmənin birinci səbəbidir. Avropa Birliyinin qərarına görə dondurulmuş qidalarda bu əlavələri azaltmaq məcburi hal olacaq. Amma un, duz, şəkər və yağın əvəzləyicisi kimi kimyəvi qatqılar da iztifadə edilməməlidr. AB hesab edir ki, artıq yerli əhali daha şüurlu şəkildə qida qəbul etməlidir. Çünki bu gedişlə Avropada piylənmənin səbəb olduğu xəstəliklər artacaq.

Digər xəbərlər