İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətlərini bürümüş qum fırtınası nəticəsində azı 733 nəfər xəsarət alıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin Tibb Elmləri Universitetinin rəis müavininə məlumat yayılıb.Onun sözlərinə görə, son dörd gündə ən azı 733 nəfər Sistan və Bəlucistanın şimalındakı tibb müəssisələrinə yardım üçün müraciət edib. Onlardan 58-i hələ də mütəxəssislərin nəzarəti altında qalmağa məcburdur.Həkimlər bildirirlər ki, zərərçəkənlərin tənəffüs, eləcə də ürək-damar və görmə sistemlərində problemlər var.Qeyd edək ki, bu gün səhər saatlarında əyalətdə küləyin sürəti 94 km/saata çatıb, üfüqi görünmənin isə üç min metrə qədər azaldığını bildirilib. Sistan və Bəlucistanın beş şəhərində bütün dövlət qurumları bağlanıb. Fırtınanın İranın cənub-şərqində çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...