PDF Oxu

Dünya

  • 2 716

Nigeriyada "Boko Haram" silahlılarının hücumunda 13 nəfər ölüb

Nigeriyada "Boko Haram" silahlılarının hücumunda 13 nəfər ölüb

"Boko Haram" terror təşkilatının Nigeriyanın şimal-şərqində təşkil etdiyi hücumda 13 nəfər həlak olub.Yerli mətbuatın məlumatına görə, terror təşkilatı "Boko Haram" silahlıları Borno əyalətinin Vulari kəndində hücum həyata keçirib.SİA-nın əldə etdiyi məlumata görə, hücumda 13 mülki vətəndaş həyatını itirib, çoxlu sayda insan yaralanıb.Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan "Boko Haram" silahlılarının təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Digər xəbərlər